Normal həyat tərzimizdə gün ərzində 3-4 dəfə qidalanırıq. Ramazan ayında isə bu say 2 dəfə olur: Günəşin doğumundan və  batışına qədər qida qəbul edilmir. Bu ayda çox insan az yediyinə görə düşünür ki, çəki itkisi olacaq. Ancaq axşam ac olduğumuza görə çox yeyirik, bu da kökəlməyə səbəb ola bilər.

 

Ramazanda 2 əsas yeməkdən biri olan imsaq buraxılmamalıdır. Uzun müddətli aclıq hissi metobalizmanın sürətini azaldır. Buna görə də imsaq mütləqdir.

 

İmsaqda çox ağır olmayan, ancaq tutumlu qidaları qəbul edin. Duzlu pendir və bu kimi duzlu qidalardan qaçın. Çünki bu cür qidalar gün ərzində sizə susuzluq yaradacaq.

 

İmsaqda daha çox yüngül səhər yeməyi, şorba, az yağlı qidalar qəbul edin. Mədə rahatsızlığını aradan qaldırmaq üçün yağlı, kofeinli və kakaodan uzaq olun. Yeməkdən sonra yuxuya getməmək məsləhətdir.

 

Yayda imsaq vaxtı nə ilə qidalanmalı?

İstilərə görə imsaqda və iftardan sonra intensiv olaraqbol su için. Xüsusilə, imsaqda yağlı və ağır yeməklərdən uzaq olun.

 

Nümunə imsaq menyusu

  • 1 stəkan süd
  • 1-2 dilim duzsuz pendir
  • 1 ədəd soyutma yumurta
  • 2 dilim qarpız
  • Pomidor, xiyar, göyərti
  • 3 dilim təmiz  buğda və ya çovdar unundan hazırlanmış çörək

Bu cür imsaq həm sağlam qidalanma üçün yaxşıdır, həm də uzun müddət tox qalmağa kömək edir.

 

Yay fəslində Ramazan ayında aclıqdan çox susuzluq problemi öndə olur. Sudan əlavə tərkibində bol maye olan qidaları qəbul edin. Beləliklə, susuzluq hissini aradan qaldıra bilərsiniz. Yay fəslində susuzluğu aradan qaldırmağa kömək edən qida qarpızdır. Aşağı kalorisi ilə kökəlməyin qarşısını da alır.

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14