Kollec və universitet imtahanlarından keçmək, məzun olduqdan sonra iş axtarmaq gənclərdə stress yaradır.  Buna görə də bir çox gənclər artıq saç tökülməsi ilə rastlaşır. Gənc və yetkinlər arasında geniş yayılmış dəri xəstəliyi olan aknedən sonra saç tökülməsi ilə rastlaşırlar. Dermatoloqlar bunun səbəbini stress olduğunu deyirlər.

 

Müalicəsi mümkündür.

Stressdən qaynaqlanan saç tökülməsinin də müalicəsi mümkündür. Əvvəlcə insanda stressi yaradan faktoru aradan qaldırmaq lazımdır, hətta psixoloji dəstək verilməlidir. Əlbəttə ki bunun yanında dərman, PRP müalicə, mezoterapiya kimi effektiv üsulları məsləhət görürük. Bu üsullar stress mənşəli saç tökülmələrində tükün kökü sağlam və ya yarı sağlam olduğuna görə uğurlu nəticələr verir. Əgər genetik faktorlardan dolayı saç tökülürsə, ən effektiv həlli «saç əkimi»etməkdir.

Saç tökülməsinin digər səbəbləri isə bunlardır.

Genetik faktorlar, düzgün olmayan qidalanma və ya düzgün olmayan dieta, sink və dəmir çatışmazlığı, hədsiz çox ziyanlı qidalarla qidalanma, vərdiş olaraq saçla çox oynamaq, göbələk xəstəlikləri, yüksək hərarətli xəstəlik keçirmək, Tiroid xəstəlikləri, qız uşaqlarında yumurtalıq kisti, kişilərdə kişi hormonları ilə bağlı xəstəliklər, saçı hədsiz dartıb at quyruğu yığmaq, saçın tez-tez yuyulması, fenləmək, saçı rəngləmək və tez-tez daramaq.

Gündə 50-100 saçın tökülməsi narahatçılığa səbəb deyil. Səhər balışda 100-dən çox saç teli görürsünüzsə, müalicə üçün Starlab Tibb Mərkəzinin təcrübəli dermatoloqlarına yaxınlaşın.

Bitki mənşəli məhsulları həkim məsləhəti olmadan istifadə etməyin. Bunlar qaraciyərə də ziyanlı ola bilər.

Ətraflı məlumat üçün
Tel: (012) 431 13 14
Mob: (051) 431 13 14
WhatsApp: (050) 531 13 14
Instagram: starlab_tibb_merkezi
Facebook: Starlab Tibb Mərkəzi

Ünvan: Bakı şəhər, 5-ci mkr., 20 Yanvar küç.14 (Qızıltac restoranı ilə üzbəüz)
Web: starlab.az

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14