Yuxu, əsrlər boyu insanın ən maraqlı mövzularından biri olaraq öz sirrini saxlayır. Starlab Tibb Mərkəzi olaraq, son illərdə yuxunun beyin üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayırıq və qidalanmanın yuxuya təsirləri haqqında məlumatı sizə çatdırırıq.

4 mərhələdən ibarət olan yuxu, yuxuların göründüyü və həmin yuxulara qarşı bədənin heç bir reaksiyaya icazə verməyərək , bizi şirin-şirin yatızdıran, təxminən 1,5 saat çəkən sürətli göz hərəkətidir. (REM- Rapid eye movement).  Beyin gün boyu aldığı məlumatları gözdən keçirir, ayırd edir, təmizləyir və yazır. Uzun müddətli yaddaş elə tam bu vaxtda meydana gəlir. Artıq hamının bildiyi kimi, böyüklər üçün ideal yuxu müddəti 6-7 saatdır. Həm sizə, həm də beyininiz üçün daha keyfiyyətli bir yuxu təmin edəcək qidalanma tövsiyyələrini 5 maddədə təqdim edirik.

  1. Triptofan maddəsi zəngin olan süd ilə daha yaxşı yatın.
    Triptofan amin turşusu, xoşbəxtlik hormonu olaraq bilinən serotonin meydana gəlməsində; seratonin yuxu ilə əlaqəli melatonin hormonunun formalaşmasında təsirli olur. Gecə yatmadan əvvəl son dəqiqədə 1 stəkan isti süd içmək daha rahat bir yuxu verir. Əgər süd sizə qaz və şişkinlik yaradırsa, laktozsuz süd və ya kefir seçə bilərsiniz. 
  2. Kofein qəbuluna diqqət edin!
    Kafein mərkəzi sinir sistemini stimullaşdırır və ona oyaq qalmağa imkan verir. Qəhvə, çay, şokolad və karbonatlı içkilər vasitəsilə çoxlu kofein qəbul etmək və yuxuya yaxın bir saat içində onu qəbul etmək  bir çox insanlarda yuxusuzluğa səbəb olur. Yatmazdan 2-3 saat əvvəl kafein qəbulunu dayandırmaq faydalıdır. Kafeine daha çox həssas olanlar yuxudan 6-8 saat əvvəl kofeini qəbul etsinlər. 
  3. Ağır yeməklərdən uzaq durun
    Axşam yeməyində böyük porsiyalı, yağlı yemək əvvəlcə yorğunluq hissi verir, sizə yuxu gətirir. Ancaq mədə ağırlaşdığına görə şişlik və mədədə yanğı yaranır. Yatanda bu sizə narahatlıq verəcək. Günün sonuncu yeməyini şorba, tərəvəzli yemək və yanına qatıq əlavə edərək yüngül menyulara üstünlük verin və  daha yaxşı yuxuya sahib olun. 
  4. Axşamlar bitki çayı için.
    Bitki çayının rahatlayıcı xüsusiyyətinin köməyi ilə yatmadan 1-2 saat əvvəl 1 fincan bitki çayı içmək məsləhətdir. Xüsusən çobanyastığı, yaxud melisa ( xalq arasında «oğul otu» və ya «ballı nanə» ) çayı yuxu üçün ən uğurlu seçimdir. Çünki beyində xoşbəxtliyi artıran endorfin kimi hormonlara dəstək verir. Melisa isti su ilə təmas etdiyində, içində bir sıra xoşbəxtlikverici maddələri suya keçirir. 
  5. Məşqlə bədəninizi isidin.
    Məşq etmək nəinki sağlamlığınız üçün xeyirlidir, hətta yuxunu yaxşılaşdırmaq üçün də kömək edir. Əhəmiyyətli olan maddələr mübadiləsini sürətləndirən və sizi oyandıran məşqin yuxuya müsbət təsirlərini görmək üçün yuxudan ən az 3 saat əvvəl edilməsi uyğundur. Məşq zamanı artan bədən istiliyi rahat  yuxuya getməyi asanlaşdıracaq.
Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14