Sosial mediada yazışanda tez-tez istifadə olunan gülən üz emojisi, elm adamlarının araşdırmalarına görə insan psixologiyasına müsbət istiqamətdə təsir edir.
Mesajlaşanda və ya ictimai mediada yazışanda zarafatlı bir sözdən sonra və ya sebebsiz yerə istifadə olunan ‘Gülən üz’ emojisi insan psixologiyasına müsbət istiqamətdə təsir edir. Sosial mediada, internet yazışmalarında tez-tez istifadə olunan sarı rəngli gülən üz emojisi beynə müsbət istiqamətdə təsir göstərir və xoşbəxt olmağı təmin edir.
«Mədəniyyət fərqi OLMADAN yayılıb»
Emojilər 1980-ci illərin sonunda üst üstə iki nöqtə və mötərizə şəklində həyatımıza girdi və zaman keçdikcə sarı, gülən üzə çevrildi. İndiki vaxtda bütün dünyada mədəniyyət fərqi olmadan sürətlə yayıldı.
«BEYNİN öyrəndiyi reaksiya»
İnsan beyni normal gülən insan üzünə doğulandan reaksiya verir. Necə ki bir körpəyə gülsəniz o sizi tanımasa da gülümsəyər. Sarı rəngli gülən üz emojisinə verdiyimiz reaksiya isə sonradan öyrənilən və istifadə olunan beyin reaksiyasıdır.