Poliplər xoşxassəli şişdir. Onlar bağırsaqların daxili divarından inkişaf edir. Poliplər çox yayılmış patologiyadır.
Əksər hallarda poliplər düz və siqmoid bağırsağında inkişaf edir. Lakin poliplər bağırsağın digər hissələrində də inkişaf edə bilər.
Bağırsaq poliplərin əsas səbəbi bağırsağın selikli qişasının xroniki iltihablarıdır. Xroniki qəbizlik, düzgün olmayan qidalanma poliplərin inkişafına təkan verir. Belə hesab olunur ki, irsiyyət də poliplərin inkişafında böyük rol oyayır.
Poliplər bir çox hallarda xərçəng xəstəliyinə keçir. Daha böyük ölçüdə olan poliplərin (2 sm və bundan yuxarı) xərçəngə keçməsi riski daha çoxdur. Düz bağırsaq xərçəngi digər xərçəng növləri arasında bütün dünyada birinci yerlərdən birini tutur. Bu səbəbdən bağırsaq poliplərin vaxtında aşkar olunması və xaric olunması düz bağırsaq xərçənginin yayılmasını azalda bilər.
Bir çox hallarda bağırsaq polipi özünü heç bir əlamətlə büruzə vermiər.
Lakin bəzən poliplər zamanı bu kimi simptomlar müşahidə olunur:
— nəcisdə çoxlu miqdarda seliyin olması,
— düz bağırsaq qanaxmaları,
— qarında tutmaşəkilli ağrılar,
— qəbizlik və ya ishal.
Böyük ölçüdə olan poliplər bağırsağın mənfəzini tam bağlaya bilər ki, bunun nəticəsində bağırsaq keçilməzliyi inkişaf edə bilər.
Poliplərin vaxtında aşkar olunması üçün Starlab Tibb Mərkəzində Kolonoskopiya müayinəsindən mütləq keçin!


Bizimlə əlaqə:
Tel.: (+994 12) 431 13 14
Mob.: (+994 51) 431 13 14
Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14