INUNIMAI (International Network of Universities for Molecular Allergology and Immunology) – Molekulyar Allergoloqiya və İmunoloqiya üzrə Universitetlərin Beynəlxalq Şəbəkəsinin Azərbaycandakı partnyoru Starlab Tibb Mərkəzində keçən il müxtəlif vaxtlarda
Tibb Elmləri doktoru , Əməkdar elm xadimi, professor, Azərbaycan Respublikası Allerqoloq və İmmunoloq və immunoreabilitoloqlar cəmiyyətinin prezidenti – Amaliya Əyyubova,
Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin «Klinik allerqologiya və immunologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi, Bakı şəhəri Baş allerqoloqu. Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü – Lalə Allahverdiyeva,
Allerqoloq/pulmonoloq, dosent Ağayeva Aynur,
Tibb elmləri namizədi, allerqoloq — İldırım Qasımov,
Tibb elmləri namizədi, dosent Səxavətdin Axundovun iştirakı ilə “Molekulyar Diaqnostika” adlı distansiyalı baza kursu 4 müxtəlif modullarla teleseminar keçirilmişdir.

Modullar:
1) Allergochip ImmunoCAP ISAC (Immuno Solid-phase Allergy Chip) – İmmüno faza-qatı çipi nəticələrinin klassik interpretasiyası.
Təlimçi – Beynəlxalq Molekulyar Universiteti MBA, (Vyana, Avstriya) – Aleksandr Hill
— Allerqodiaqnostikanın 3 səviyyəli arxiteksturası — “tərs”
— U – formalı birləşmə EAACI 2016
— Allergochip ImmunoCAP ISAC – ın nəzəri əsasları

2) Təlimçi – Elusyutina Olqa Quryevna – Həkim, Rusiya Federasiyası Allergiya – İmmunoloji İnstitutunun Böyük Elmi İşçisi, INUNIMAI — Beynəlxalq Təlimçi (Vyana, Avstriya)
— Nəticə haqqında hesabat şəklində praktik iş
— ImmunoCAP ISAC nəticələrinin interpretasiyası: Sadədən mürəkkəbə.
— Klinik nümunələr: Sualların cavablandırlması

3) Allerqik rinit: Molekulıyar aspektlər
Təlimçi — Mokronosova Marina Adolfovna – Professor, Tib Elmləri Doktoru, Həkim — ən yüksək kateqoriyalı pediatr.
İ.İ. Mecnikov adına kliniki allerqoloqiya laborotoriyasını idarə edir.

4) Atopik Dermatit: Molekulyar aspektlər.
Təlimçi – Fedenko Elena Sergeevna – Rusiya Federasiyasının İmmunoloji İnstitunun Baş İmmunopotologiya şöbəsinin professoru

Keçirilmiş modullar əsasında test sualları verilmiş və imtahanı uğurla keçmiş 45 həkim 23 Dekabr 2017 – ci il tarixində Starlab Tibb Mərkəzində ImmunoCAP (Immuno Solid-phase Allergy Chip — İmmüno faza-qatı çipi ) ISAC – ( İmmüno faza-qatı çipi ) beynəlxalq sertifikatla təltif olunmuşdur.

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14