Artıq meyvə və tərəvəzləri heç bir kimyəvi əlavələri olmadan əldə edə bilirik. Verdikləri faydaları bir daha gözdən keçirək.

ALMA

Tərkibində C və E vitamini, fol turşusu, pektin və flovonoid daxildir. Bağırsaq traktının qorunması üçün faydalıdır.Xolestorolu azaltmaq təsirinə malikdir.

ARMUD

Fosfor, kalsium və kalium ilə zəngindir. Ürək əzələlərinin düzgün işləməsinə kömək edir. Qan təzyiqini düzəltməkdə təsiri olur.

ALBALI

Kalsium, fosfor və C vitamini ilə zəngindir. Diş çürüməsinin qarşısını almaqda kömək edir. Sidik qovucudur. Bədənin su balansını təmin edir.

ALÇA

A və C vitamini ilə zəngindir. Bağırsağa xeyirlidir, müqaviməti artırır.

ƏNCİR

Kalium, fosfor və maqnezium ilə zəngindir. Həzmə kömək edir, Sümük və dişə xeyirlidir.

YERKÖKÜ

A, B, D və E vitamini deposudur. Üz və sümüyə xeyirlidir. Hüceyrə yenilənməsinə faydası var. Saç tökülməsini azaldır və canlandırır.

XİYAR

A, B və C vitaminləri və fosfor, selenium ilə zəngindir. Güclü antioksidantdır. Dərini nəmləndirir. Sidik yolları infeksiyalarında faydalıdır. Bağırsağa xeyirlidir. Sakitləşdirici təsiri var və toksin atıcıdır.

TURP

Tərkibində C vitamini, kalium və maqnezium var. Yüksək təzyiq üçün yaxşıdır. Antioksidant xüsusiyyətləri xərçəngə qarşı qoruyucu təsir göstərir.

TƏZƏ LOBYA

Fol turşusu, kalium, A və C vitaminləri ilə zəngindir.Pis xolestorolun düşməsinə kömək edir. Antioksidant xüsusiyyətlər malikdir.

BADIMCAN

Tərkibində B1, B2, C və A vitamini var. Dəriyə və immun sisteminə faydası var.

 

 

 

 

 

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14