Dodaqlarımız daha çox ətrafda baş verənlərdən təsirlənir. İqlim dəyişikliyi, dodağı yalamaq vərdişi, istifadə etdiyimiz bəzi dərmanlar, stmotoloqların istifadə etdiyi ləvazimat və dərmanların təması və gözəl görünmək üçün dodaqlarımıza istifadə etdiyimiz kosmetik vasitələr dodaqlarımızın qıcıqlanmasına əsas səbəblərdir.

Qıcıqlandıran maddələr dodaqlarımıza qızartı, gərilmə, qanama və çatlamaya gətirib çıxarır. bunları aradan qaldırmaq üçün qıcıqlanmanın səbəbi əvvəlcə araşdırılır, allergik test edilir. Daha sonra zərər görmüş dodaqlar müalicə edilir.

Dodaqlar ən həssas bölgəmizdir. Dodağın incə olmasının səbəbi, melanin maddəsinin aşağı və yağın olmamasıdır. Bu da onun həssaslığına əsas səbəbdir. Dərimizə göstərdiyimiz qayğını dodaqlara da göstərməliyik.

 

Dodaqlarınızın yaşlanmasını istərmisinizsə, onları əvvəlcə Günəş şüalarındsan qoruyun. Dodaq boyalarının Günəş qoruyuculu olduğuna əmin olun. Dodaq boyasındakı kimyəvi maddələrə qarşı allergiyanız olduğunu düşünürsünüzsə, sınaq testi edin. Angelina Jolie dodaqları arzulayırsınızsa, dolğulardan yararlanın.

 

  • Günəş dodaqları qocaldır.

    Günəş şüalarından qoruyan dodaq boyalarından istifadə edin.

  • Qurumağa qoymayın.

    Dodaqlardakı quruluğun qarşısını almaq üçün dodaq nəmləndiricilərindən istifadə edin. Hər  dəfə quruluq hiss edəndə nəmləndirmə təkrarlanmalıdır. Beləcə, Günəşdən yaranan uçuqların da qarşısı alınır. Alt dodaq üst dodaqdan daha çox Günəşdən təsirlənir.

  • Dolğu ilə Angelina Jolie dodağı.

    Qadınların çoxu dünya ulduzu Angelina Jolie-nin dodaqları kimi həcmli dodaqları arzulayır. Digər qrup qadınlar isə həqiqətən həcmsiz olan dodaqlarına görə narahat olurlar. Nə yaxşı ki, dolğu köməkliyi ilə həcmli dodaqlara sahib ola bilərsiniz.Dolğu köməkliyi ilə dodaqlar daha həcmli və nəmli görünüş alacaq.

    Bu prosedur Starlab Tibb Mərkəzində həkim nəzarəti ilə, yalnız klinika şəraitində, tam gigiyenik qaydalarla keçirilir.

    Dolğudan öncə ağrı hiss edilməməsi üçün keyləşdirici krem çəkilir. Prosedurdan sonra xəstə gündəlik həyatına davam edir.

  • Yay fəslinin problemi uçuqlar.

    Dodaqlarda uçuğa səbəb olan Herpes virusu gün işığında alovlanır. Buna görə də yay fəslində dermatoloqa uçuqla bağlı müraciətlər çox olur.

  • Parlaq dodaqlar üçün bunları edin.

    — Dodaq çartlaması və qurumasının qarşısını almaq üçün çantada dodaq nəmləndirici kremlərini əskik etməyin.
    — Quruluq hiss etdikdə nəmləndirici vurun
    — Nəmləndirici və dodaq boyalarının Günəşdən qoruyucu təsirinə malik olduğuna əmin olun. Bununla Günəşdən yarana biləcəkzərərlərin qarşısını ala bilərsiniz.
    — Dodaq boyasını vurduqdan sonra qaşıntı, sulanma və qızartı olarsa, dodaq boyasının tərkibindəki maddəyə allergiyanız olduğunu bildirir.
    — Səhər və axşam dodaqlarınızı yumşaq fırça ilə massaj edin.
    — Dodaq boyasını təmizləmədən yatmayın.
    — Həcmli dodaq arzusundasınızsa, dolğulardan yararlanın.

 

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14