Körpələrin sağlam böyüməsi və inkişafı üçün ən uyğun qida ana südüdür. Ana südü uşağın gələcəkdə immunitetinin güclü olmasını təmin edir. Buna görə də süd verən analar daha düzgün qidalanmalıdır.

Süd verən analar motivasiya və əhvallarından asılı olaraq 600-900 ml süd verə bilərlər. Südün daha çox və faydalı olması üçün ana yetərli və düzgün miqdarda sağlam qidalar qəbul etməlidir. Çünki körpə üçün faydalı qida olan ana südü ananın qəbul etdiyi məhsullardan «istehsal» olunur.

Ən vacibi sudur.

Ana südünün miqdar və keyfiyyətinin artmasında suyun böyük rolu olur. Analar ən az 3 litr su içməlidir. Həmçinin ət və tərəvəzli qidalar qəbul etməlidirlər. Kalsium ilə zəngin olan ağartı məhsuları (süd, qatıq, ayran) mütləq qəbul etməlidirlər.

Süd verən analara dieta saxlamaq məsləhət deyil. Çünki analar süd verəndə 400-500 kalori yandırır. Buna görə də müəyyən vaxta qədər dieta saxlamaqları uyğun deyil. Ancaq, xəmir xörəkləri,undan hazırlanmış şirniyyatlar, çox şəkərli və yağlı qidalardan qaçmağı tövsiyyə edirik.

Keyfiyyətli yuxu, keyfiyyətli süd.

Qəbul edilən qidalardan əlavə, yaxşı yuxu da ana südünün faydalı olmasına kömək edir. Yuxuya xüsusi diqqət edilməlidir. Körpə yatanda enerji toplamaq üçün ana da yuxusunu almalıdır. Ana nə qədər dincələrsə, rejimlə yatarsa, südü bir o qədər keyfiyyətli olar.

 

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14