Starlab Tibb Mərkəzinə mədəsi ilə bağlı üz tutan pasientimiz Yasin Həsənovun səhhətində müsbətə doğru xeyli irəliləyişlər olub.
Təəssüratlarını bizimlə bölüşdü.
«Mədəmdə göynəmələr vardı, mənim bir həkim yoldaşım var idi. Onun da mədə ilə bağlı problemi var idi. Xalid doktor müalicə etmişdi, yaxşılaşmışdı. Onunla məsləhətləşdim, Starlab Tibb Mərkəzində Xalid doktoru məsləhət gördü. Beləliklə, telefon vasitəsilə əlaqə saxladım və gəldim. Siftə bir az qorxurdum, çünki əvvəllər bir çox yerlərdə müayinə olmuşdum. O da çətin olmuşdu. Xalid doktorun müayinəsi asan keçdi. Həm də gülərüz qarşılama ilə razı qaldım. 10-12 günlük müalicədən sonra bir az rahatlamışam, inanıram ki, daha da yaxşı olacağam. Starlab Tibb Mərkəzinin belə maraqlanmağı məni daha da ruhlandırdı. Hər şeyə görə, çox sağ olun. TƏŞƏKKÜRLƏR, HAMINIZA!»