60 yaşdan yuxarı hər 100 adamdan 60-ı onurğa deformasiyasına rast gəlir.

Bu artımın qarşısını almaq üçün bəzi vərdişlərimizi dəyişməliyik.

Sizə əsas 7 qaydanı təqdim edirik:

  • Formanıza diqqət edin. Artıq çəki onurğaya yükü artırır və hərəkətlərin məhdudlaşmasına səbəb olur. Sağlam qida qəbul edərək formanızı qoruya bilərsiniz. Tərkibində kalsiumla zəngin qidalar qəbul edin. Bu sümüklərimizin qüvvətlənməsinə böyük köməyi olacaq.
  • İntensiv idman edərək əzələlərinizi möhkəmləndirin. Hamımız hərəkətsiz həyat yaşayırıq. İş yeri, yaxud evdə az hərəkət edirik. Hər yerə avtobus, ya maşınla gedirik. Bu hal əzələlərimizin gücsüz olmasına səbəb olur. Sağlam onurğa üçün əzələlərimiz qüvvətli olmalıdır. Buna görə də hər gün yarım saat məşq edin.
  • Hərəkətsizlikdən uzaq durun. Hərəkətsizlik — əzələlərin gücsüz, onurğanın xəstə olmasına səbəb olur. Həyatınıza mümkün qədər çox hərəkət qatın.
  • Düzgün duruşa sahib olun. Sağlam onurğanın birinci qanunu, sağlam duruşa sahib olmaqdır. Yaxşı vəziyyətdə olan bel minimum enerji sərf edir və köhnəlmir. Gələcəkdə onurğa xəstəliyinə tutulma riski azalır.
  • Ayaqqabı dabanlarının hündürlüyünə diqqət edin. Hədsiz hündür daban yaxud babet ayaqqabılar, diz , bud və belinizə mənfi təsir göstərə bilər. Ən yaxşısı daban hündürlüyü 3-4 sm olsun.
  • Siqaretdən uzaq durun. Siqaret disklərin qidalanmasına mane ola bilər və bel ağrısı yarada bilər. Onurğa xəstəliyinə tutlmamaq üçün siqaret çəkməyin.
  • Çalışın ağır çantalardan istifadə etməyəsiniz. Gündəlik olaraq daşıdığınız ağır çanta və ya dizüstü kompüter beldə ciddi problemlər yarada bilər. Xüsusilə, bel və boynunuzda ağrı varsa, ağır çəkili çantalar daşımayın. Əgər ağır çanta daşımaq məcburiyyətindəsinizsə, həmin ağır əşyanı bədəninizə yaxın və belinizdən yuxarı qaldırmayın.
Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14