14.11.2016- cı il tarixində Starlab Tibb Mərkəzi, Tetrada əczaçılıq şirkəti,Azərbaycan Diabet Liqasının dəstəyi ilə «Beynəlxalq Diabet Günü» adlı tədbir keçirildi.
Tədbir zamanı Starlab Tibb Mərkəzinin direktoru Şükürəli Cəfərov, Azərbaycan Diabet Liqasının Sədri Yeganə Sultanova, Starlab Tibb Mərkəzinin Həkim -Endokrinoloqu Vüsalə Atakişizadə çıxış edərək, öz çıxışlarında belə tədbirlərin şəkərli diabet xəstələrinə faydalı olacağanı bildirmişlər.
Tədbirdən əvvəl Starlab Tibb Mərkəzi şəkərli diabet xəstələri üçün qanda şəkər, qlikohemoqlobin və həkim müayinəsini ödənişsiz olaraq həyata keçirdi.
Tədbirdə göstərilən dəstəyə görə Tetrada əczaçılıq şirkətinin rəhbərliyinə və Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanovaya Starlab Tibb Mərkəzinin rəhbərliyi adından təşəkkürümüzü bildiririk.
Bizimlə əlaqə: Tel.: (+994 12) 431 13 14
Mob.: (+994 51) 431 13 14
Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14 Bakı, Azərbaycan
www.facebook.com/StarlabTibbMerkezi
www.youtube.com/StarlabTibbMerkezi
instagram:starlabtibbmerkezi #Starlabtibbmerkezi