Ultrasonoqrafiya  (USM) — ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür. Rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasientin orqanlarının və toxumalarının vəziyyətini qiymətləndirir. USM təhlükəsiz müayinə metodu sayılır və bu səbəbdən çox geniş istifadə olunur.

StarLab  klinikasında USM müayinəsinin üstünlükləri:Безимени-1

 

Klinikamızda ultrasəs müayinəsi son nəsil ultrasəs cihazı olan Voluson E8 Expert cihazı ilə yüksək ixtisaslı həkimlər tərəfindən aparılır.

Voluson E8 Expert premium-klass ultrasəs cihazıdır. Obstetrik-ginekologiya, perinatologiya, kardiologiya və digər sahələrdə  çox böyük üstünlüklərə malikdir.Yüksək rezolusiyalı  problar, üstün proqramlar, geniş LCD monitor vasitəsilə daha  aydın görüntü əldə etmək və düzgün diaqnoz qoymaq imkanı verir.

Dölün 3D, 4D texnologiyası ilə müayinəsi,  HD live (canlı görüntü)  real rejimdə həcmli görüntüləmə texnologiyası  dölün anatomik strukturlarını  realistik müayinə edib,  qiymətləndirmək imkanı verir. Pasientlər ana bətnindəki dölün rəngli şəkillərini və eyni zamanda müayinənin gorüntülərini diskdə də əldə edə bilirlər. Dölün  detallı ultrasəs müayinəsi ilə  döldə mövcud olan problemləri, qüsurları erkən dövrdə aşkara çıxarmağa, birbaşa və ya dolayı ultrasəs əlamətləri ilə ola biləcək xromosom patologiyasından şübhələnməyə və vaxtında araşdırmağa imkan verir.

Həmçinin, bu cihaz  SonoAVCTMfollicle , HD-FlowTM  , SRI, SonoBiometry, SonoVCADTMheart , STIC və başqa innovasion proqramlar ilə təchiz olunmuşdur.

 

 Klinikamızda aşağıdakı müayinələr aparılır:

 

  • Dölün 3D, 4D texnologiyası ilə müayinəsi.
  • Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi (uşaqlıq, yumurtalıqlar, prostat vəzi, toxum kisəcikləri, sidik kisəsi)
  • Doppleroqrafiya (aşağı və yuxarı ətraflar, ekstrakranial damarlar, qarın aortası, böyrək arteriyaları, portal sistemin doppleroqrafiyası)
  • Abdominal ultrasəs müayinəsi (qaraciyər, öd kisəsi, dalaq, mədəaltı vəzi, böyrəklər)
  • Süd vəzilərinin müayinəsi
  • Qalxanabənzər vəzin müayinəsi
  • Timus vəzin müayinəsi
  • Səthi toxumaların müayinəsi
  • Neyrosonoqrafiya (bir yaşa qədər uşaqlarda beynin ultrasəs müayinəsi)
  • Bud-çanaq oynağının müayinəsi (5 aya qədər uşaqlarda) və s.

  3D

USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur:

— Öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasient müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.

— Kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasient müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və  sidik kisəsini boşaltmamalıdır. Qadınlarda uşaqlıq və yumurtalıqların 17917045_985801318222591_1593086735_ovəziyyəti transvaginal üsul ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.

— Süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-10 -cu günləri getməlidir kamagra 50mg (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).

— Prostat vəzi müayinə olunduqda pasient düz bağırsağını boşaltmalıdır.

— Hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində müayinə transvaginal
(uşaqlıq yolundan) üsul ilə, daha sonra isə abdominal (qarın boşluğu 17858742_985801314889258_430924260_odivarından) üsul ilə keçirilir.

— Körpələrdə USM vasitəsilə açıq əmgəkdən beyini müayinə etmək mümkündür.

Müayinədən əvvəl həkim pasientin dərisinə xüsusi gel çəkir. Bu gel şüaların daha yaxşı keçməsinə və datçikin daha yaxşı hərəkət etməsinə (sürüşməsinə) kömək edir. Gel hipoallergendir.

USM, müayinə olunan sahədən asılı olaraq 5-30 dəqiqə ərzində davam edə bilər.