13672055_10206792467749909_1089428894_n13672285_10206792467229896_442667830_n13672557_10206792468309923_251526206_n13872341_10206792467189895_839055547_n
13672417_10206792466949889_338889852_n13823149_10206792467029891_123974524_n

 

 

 

Bu gün “Starlab” Tibb Mərkəzində Azərbaycan Milli Mətbuatının 141 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkənin müxtəlif kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə klinikanın direktoru Şükürəli Cəfərov açaraq Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib. Azərbaycan mediasının uzun şərəfli tarix yolu keçdiyini deyən Ş.Cəfərov ölkədə söz azadlığının yüksək səviyyədə təmin edildiyini deyib. Daha sonra “Starlab” Tibb Mərkəzinin PR meneceri Fərqanə Qasımova çıxış edərək tədbirin məqsədinin media ilə Tibb Mərkəzi arasında sağlam əlaqənin yaradılmasına çalışmaq olduğunu bildirib. Klinikanın çoxşaxəli fəaliyyətindən danışan F.Qasımova vətəndaşlara peşəkar həkim personalının xidmət etdiyini vurğulayıb. Daha sonra klinika adından media nümayəndələrinə hədiyyələr təqdim olunub. Sonda jurnalistlər Tibb Mərkəzilə tanış olublar.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14