Pediatriya – Tibbdə uşaq xəstəliklərindən, onların müalicəsindən və qarşısını almaq üsullarından bəhs edən şöbədir.Pediatriya sözü yunanca “paidos”- uşaq və “iatreia”- müalicə deməkdir. Pediatriya 19 -cu əsrin ortalarında meydana çıxmış nisbətən yeni bir elm sahəsidir.
Uşaq və yeniyetmələrdə böyümə və püxtələşmə zamanı orqanizmdə gedən dəyişikliklər böyüklərdə gedən proseslərdən tamamilə fərqlənir. Həm infeksion, həm də somatik xəstəliklərin gedişatında fərqli əlamətlər müşahidə edilir. Uşaqlarda bu fərqlənmə aşağıdakı amillərdən ibarətdir:
- Xəstəliklərin simptomları daha sürətli özünü biruzə verir və daha geniş yayılır.
- Fəsadlaşma daha tez müşahidə olunur və daha çox daxili orqanları əhatə edir.
Lakin uşaq orqanizminə xas olan xüsusiyyətlərin müsbət tərəfləri də var. Uşaqlarda erkən yaşlarda kompensator imkanları daha çox və güclüdür. Buna görə də tez başlayan və düzgün aparılan müalicə nəticəsində fəsadsız, tam sağalma əldə etmək mümkündür. Bu baxımdan da uşaq və yeniyetmə xəstəliklərinin müalicəsinin məhs pediatriya sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılması çox vacibdir.
Starlab Tibb Mərkəzinin Pediatriya şöbəsində aşağıdakı tibbi xidmətlər göstərilir:
- 1 yaşa qədər olan uşaqların aylıq profilaktik nəzarəti (boy, çəki, baş və döş qəfəsinin ölçüləri, qidalanmanın nəzarəti və korreksiyası).
- Cədvəl üzrə aparılan vaksinasiya (bu prosedur yüksək keyfiyyətli, Avropa istehsalı olan vaksinlərlə aparılır).
- 19 yaşa qədər uşaq və yeniyetmələrin psixo-fiziki inkişafın nəzarəti.
- Uşaq və yeniyetmələrdə (1 — 19 yaşa qədər) tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət sistemlərinin xəstəlikləri, revmatoloji xəstəliklər, uşaq yaşlarının infeksion xəstəlikləri, parazitar xəstəliklərinin müayinə və müalicəsi.
- Uşaq və yeniyetmələrdə rast gələn ümumi xəstəliklərlə yanaşı xroniki və kəskin həzm sistemi xəstəliklərinin spesifik müayinə və müalicəsi.
- Uşaqlarda masaj proseduru.
Starlab Tibb Mərkəzində uzun müddət stasionarda fəaliyyət göstərmiş təcrübəli pediatr, infeksionist, qastroenteroloqlar fəaliyyət göstərir.