Bu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər. Xəstəlik hərarətin yuksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir. Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəlik keçirildikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır. Digər infeksion xəstəliklər kimi, qızılca xəstəliyindən də qorunmağın ən yaxşı yolu müvafiq peyvəndin edilməsindən ibarətdir.

 

Bizimlə əlaqə: Tel.: (+994 12) 431 13 14 Mob.: (+994 51) 431 13 14 Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14 Bakı, Azərbaycan www.facebook.com/StarlabTibbMerkezi instagram:starlabtibbmerkezi

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14