Nevrologiya — tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir.

Bu sahə nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.

Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir. Diaqnozun dəqiqləşməsində aşağıda qeyd olunan müxtəlif müayinə metodları tətbiq edilir: 

ENMQ Elektroneyromioqrafiya — əzələ və periferik sinir sistemiENMQ xəstəliklərində tətbiq edilir. Bu metod periferik sinirləri zədələyən xəstəliklərin diaqnozunu qoymaq, diaqnozu təsdiqləmək, sinirlərin zədələnmə şiddətini, xəstəlik müddətini izləmək və verilən müalicənin nəticələrini izləmək üçün istifadə etdiyimiz müayinə metodudur. ENMQ  müayinəsi zamanı ən çox istifadə olunan testlər aşağıdakılardır:

—         Elektrostimulyasiya (sinir keçiriciliyi testi)

—         İynə ilə elektromioqrafiya

ENMQ hansı vəziyyətdə istifadə olunur:

1)     Polineyropatiyalar;

—         Şəkərli diabet

—         B12 vitamininin çatışmazlığı

—         Böyrək çatışmazlığı ilə bağlı periferik sinirlərdə zədələnməyə səbəb olan xəstəliklər

2)   Fokal neyropatiyalar — sinir sıxışmaları;

—         Karpal Tunel sindromu (biləkdə sinir sıxışması)

—         Kubital Tunel sindromu (dirsəkdə sinir sıxışması)

—         Febula başı neyropatiyası ( febula başında sinir sıxışması)

3)   Radikulopatiyalar ;

4)   Üz sinirinin periferik nevriti (regenerasiya prosesini izləmək üçün);

5)   Sinir əzələ qovşağı xəstəlikləri – Miasteniya qravis;

6)   Miopatiyalar (əzələ liflərində zədələnməyə səbəb olan xəstəliklər);

7)   Travmalar, sınıq, qırıq və çıxıqlar zamanı;

8)   Periferik sinir zədələnmələri, pleksus zədələnmələri;

9)   Motoneyron zədələnmələri – yan amiotrofik skleroz.

 

EEQ Elektroensefaloqrafiya —  baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə medodudur. Baş dərisi üzərinə (lazımi bölgələrə) elektrod yerləşdirməklə həyata keçirilir.

 EMQ

EEQ aşağıdakı hallarda çəkilir:

1)     Epilepsiya;

2)     Huşun pozulması və qavrama pozğunluqları zamanı;

3)     Yuxu pozğunluqları;

4)     Mərkəzi sinir sistemi iltihabı;

5)     Yaddaş və diqqət pozğunluğu və yaşlanma hallarında;

6)     Bəzi psixiatrik xəstəliklər zamanı.

 

Doppler ultrasonoqrafik müayinə— beyinə gedən yuxu və onurğa arteriyalarında qanın axın surətini təyin etməkdə və aterosklerotik piləklərin aşkar edilməsində xüsusi rol oynayır.

Audiometriya— eşitmənin müayinəsində tətbiq edilir. Neyro-sensor və keçiricilik kimi karlıqlarda, qulaqda yaranan küydə, başgicəllənmələrdə istifadə olunan metodlardan biridir.

Göz dibi müayinəsi— oftalmoloq tərəfindən aparılan müayinə metodu olub, görmə siniri məməciyinin atrofiyası, durğunluq, kəllə daxili təzyiqin yüksəlməsi əlamətlərini müəyyən etməyə kömək edir.

AKUPUNKTURA (IYNEBATIRMA)18009579_989623667840356_1829092204_n

Qədim şərq təbabətinin ən effektiv  müalicə metodu olan iynəbatırma-refleksoterapiyanın əsas hissəsidir. İynəbatırma dedikdə, xüsusi steril iynələrin  bədən  səthindəki  akupunktur nöqtələrə yeridilməsi  başa düşülür. Bu da orqanizmdə enerji dövranını normallaşdırır və  bu zaman  iynəbatırma orqanizmin bərpa proseslərinə kömək edir. (şəkil) 

Fizioterapiya —  nevroloji xəstəlikləri, onurğa, oynaq problemlərini fiziki faktorlarla (maqnitoterapiya, elektroterapiya, ultrasəs işıq, parafin) və masaj vasitəsi ilə müalicə edən tibb sahəsidir.

Nevroloji müayinə— kəllə-beyin sinirlərinin, hərəki və hissi pozulmaların, koordinator dəyişikliklərin, ilkin zədələnmə ocağının və bu zədələnmənin əmələ gəlməsinə səbəb olan xəstəliyin müəyyən edilməsində mühüm müayinə üsuludur. Xəstəliyin tarixi ( anamnez) diaqnozun qoyulmasında bəzən yeganə metoddur.

Hansı hallarda nevropatoloqa müraciət edək?

Baş ağrıları və başgicəllənmələr;

Səbəbsiz halsızlıq, ətraflarda keylik hissi, digər hissi pozulmalar;

Əzələ qüvvəsinin azalması;

Yerişin dəyişməsi, müvazinət pozğunluğu;

Ətraflarda qeyri-ixtiyari hərəkətlər, əsmələr;

Huşun itməsi və qıcolmalar;

Yaddaş pozulmaları;

Yuxu pozulmaları;

İkigörmə;

Səbəbsiz qusma və s.

 

Bukletin sonu   Nevrologiyada müalicə və müayinə metodları;

      —  Həkim nevroloq-vertebroloqun müayinəsi;

—         ENMQ— Elektroneyromioqrafiya

—         EEQ— Elektroensefaloqrafiya

—         Doppler ultrasonoqrafik müayinə

—         Audiometriya

—         Göz dibi müayinəsi

—          Akupunktura (iynəbatırma)

—         Farmakopunktura

—         İntralezyon inyeksiya

—         Manual terapiya

—         Osteopatik müayinə

—         Osteopatik seans- müalicə

—         Fizioterapiya

—         Masaj