Klinikamızın kosmetologiya şöbəsində üz və bədən dərisinə yönəldilmiş müxtəlif prosedurlarla xidmətinizdəyik. Apardığımız bütün prosedurlar təbii preparatlardan istifadə edərək insan orqanizminə zərər verməyərək  alınmış nəticələrin uzunmüddətli olmasına doğru yönəldilmişdir. Həm müasir aparat və inyeksion üsullardan, həm də müalicə-profilaktik, cavanlaşma metodlarını daha keyfiyyətli formada təqdim etməyə çalışırıq.

Üz baxımı bölməsində Overline italyan aparatı ilə müxtəlif qulluq, mikrocərəyan, dermabraziya, US müalicə, buxarlı təmizləmə, radioliftinq, darsonvalizasiya və s. prosedurlar aparılır ki, bu zaman ən başlıcası gigiyenik qaydalara,  alət və ucluqlarda sterilliyə önəm verilir. Eyni zamanda inyeksion üsullarda da, individual yanaşmaya üstünlük verərək sertifikatlı və keyfiyyətli preparatlar istifadə edilir. Kontur plastikası, plazmaliftinq (PRP), botoks, mezosapların tətbiqi, biorevitalizasiya və mezoterapiya prosedurları ixtisaslaşmış həkim-kosmetoloq tərəfindən həyata keçırılır. Trixologiya sahəsində həm qadın, həm kişi pasientlərdə müalicələr aparılır. Xəstəyə kompleks yanaşılaraq saçtökülmənin səbəbi aydınlaşdırılır və uyğun müalicə tətbiq olunur. Dəri və saç dibi ilə bağlı xəstəliklər zamanı pasient dermatoloqa yönləndirilir.

Epilyasiya kabinetimizdə müasir Candela Gentle Lase Pro U cihazı ilə tünd tüklərin epilyasiyası aparılır. Əlavə olaraq quraşdırılmış soyuducu Zimmer sistemi proseduru agrısız aparmağa kömək edir.

Digər bir kabinetimiz  Aphrodite Fraksional  CO2 Lazer  cihazı ilə təchiz olunmuşdur ki, burada da dərinin cilalanması, hamarlanması,  müxtəlif ləkələrin aradan qaldırılması, xalların, ziyillərin, xoşagəlməz dəri törəmələrinin mütləq histoloji müayinədən sonra kəsilməsi həyata keçirilir.  Prosedurlar həm dəridə, həm selikli qişada olmaqla ginekoloji  və uroloji nahiyələri də əhatə edir. Xüsusilə bədən səthində olan yanıq izlərinin, çapıqların, hamiləlikdən sonraki striaların, arıqlamadan sonrakı dəri sallanmalarının bərpası prosedurları bu lazer texnologiyası  ilə effektiv nəticə  verir.

Bundan əlavə müasir cavanlaşma metodikalarından sayılan intim cavanlaşma, vaginoplastika prosedurları da klinikamızda uğurla həyata keçirilir.