Gözə qulluq

 

Starlab Tibb Mərkəzinin həkim-oftalmoloqu Şəhla İsmayılzadə göz problemlərindən qaçmaq üçün 5 əsas qaydanı məsləhət edir.

1) Qanın şəkər miqdarını yüksək nəzarətdə saxlayın. Şəkərli diabet xəstələri , normal insanlardan 4 dəfə çox retinopatiya əldə edir. (Retinopatiya – göz retinasında kiçik qan damarlarının zədələnməsinə səbəb olan göz xəstəliyi).  Əlavə olaraq, onu da deyək ki, yüksək qan şəkəri səviyyəsi görmə qabiliyyətini müvəqqəti olaraq bulanıq edir.

2) Yüksək qan təzyiqini nəzarətdə saxlayın. Yüksək qan təzyiqi göz problemlərini daha da ağırlaşdıra bilər.

3) Siqareti mütləq tərgidin.

4) İldə bir dəfə göz müayinəsindən keçin. Tək müayinə ilə kifayətlənməyin, oftalmoloqlar yalnız retinopatiyanı aşkar edə və müalicə edə bilərlər.

5) Sizin də gözünüzdə aşağıdakı əlamətlər varsa, oftalmoloqa yaxınlaşmalısınız:

  • Bulanıq görürsünüzsə;
  • Kitab və işarələri oxumaqda çətinlik çəkirsinizsə;
  • Gözlərinizdən biri və ya hər ikisi incidirsə;
  • Düz xətləri düz görmürsünüzsə;
  • Əvvəlki kimi yaxınlıqdakı əşyaları görməkdə çətinlik çəkirsinizsə.
Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14