Ginekologiya— Ginekologiya klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyasını, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir.
Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kolpit, endometrit və.s.),uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri, sonsuzluq, hormonal disfunksiya xəstəliklərini müayinə, müalicə və profilaktikasıilə məşğul olur. Son zamanlar dünyada uşaqlıq boynunun xərçəngi geniş yayılmışdır. Bunun üçün də ildə 1-2 dəfə Kolposkopiya müayinəsindən keçmək lazımdır.
Colposcope Leisegang Almaniya istehsalı
Kolposkopiya.
Kolposkopiya köməyi ilə uşaqlıq boynunda baş verən dəyişiklikləri vaxtında aşkar etmək mümkündür. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna və uşaqlıq yoluna baxmaq imkanı verir.
Bu müayinə nə üçündür?
Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Ginekoloji baxış keçən bütün qadınlara kolposkopiya müayinəsi təyin olunmalıdır. Kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.
CO2 Fraksion Lazer cihazı ilə Vaginoplastika.
Ginekologiya şöbəsində CO2 Fraksion Lazer cihazı vasitəsilə doğuşdan sonra cinsi həyatda baş verən diskomfort hallar, sidikqaçırma kimi xoşagəlməz problemlər aradan qaldırılır. Eyni zamanda Starlab Tİbb Mərkəzində qadınların klimaks dövründə baş verən funksional və vizual dəyişikliklərinin estetik və tibbi baxımdan müalicəsi aparılır.
Qeyd edək ki, bütün bu prosedurlar yüksək səviyyədə, steril şəraitdə, təcrübəli və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Ginekoloji xidmətlər:
- Uşaqlıq boynu patologiyaları
- Kolposkopiya (geniş kolposkopiya, videokolposkopiya)
- Vulvoskopiya
- Ginekoloji USM (transvaginal,transabdominal)
- CO2 Fraksion Lazer cihazı ilə intim cavanlaşma
- Uşaqlıq miomasının cərrahi əməliyyatsız müalicəsi
- Cinsi yolla keçən infeksion xəstəliklər
- İltihabi xəstəliklər
- Neyroendokrin ginekoloji xəstəliklər
- Menopauza
- Sonsuzluq
- Hormonal disfunksiyalar
- Yumurtalıqların polikistozu və hiperprolaktinemiya
- Endometrioz