Fizioterapiya 1Fizioterapiya nədir?

Məlumdur ki, ilıq dəniz iqlimində yaşayan insanlar az xəstələnirlər. Uzun ömürlü insanların əksəriyyəti isə dağlıq zonada yaşayanlardır. Bu fakt göstərir ki, təbii amillərin insanın sağlamlığına təsiri böyükdür. Müasir alimlər və həkimlər bu effektiv təbii müalicə metodlarını təbiətdən götürüb, sağlamlığı qoruyub və möhkəmləndirmək üçün istifadə oluna bilən, süni yolla alınan müalicə metodlarını hazırlamışlar. Bu yolla fizioterapiya ( yunanca physis- təbiət, therapia- müalicə ) yarandı. Fizioterapiya təbii və süni şəkildə modelləşdirilmiş fiziki faktorlarla (işıq, isti, su, hava) müalicə metodlarıdır.

Fizioterapiya 2İstər professional, istərsə də şəxsi istifadə üçün nəzərdə tutulan fizioterapiya cihazlarının göstərişlərinə baxsaq siyahı bir neçə vərəqi keçər. Bəzən bu optimizmin səbəbi təəccüb doğurur. Ancaq əks göstəriş yoxdursa fizioterapevtik müalicə kompleks müalicənin ayrılmaz hissəsi olmalıdır. Başqa sözlə desək, fizioterapiyaya əks göstərişin olmaması artıq onun üçün göstərişdir.

Müəyyən olmuşdur ki, 80-90 % terapevtik xəstəliklər, 70% travmatoloji və lor xəstəlikləri, 60% ginekoloji, uroloji, göz, cərrahi, stomatoloji və endokrinoloji xəstəlikləri fizioterapiyaya göstərişdir. Nevrologiyada fizioterapiya nəinki istifadə olunur, hətta əsas müalicə metodu kimi qəbul olunmuşdur. Həkimə praktiki olaraq bütün diaqnozlarla xəstələr müraciət edir. Bunlardan əksəriyyəti əmindir ki, həkim onu müalicə edəcək.Fizioterapevtik metodların körpə uşaqlara, yaşlı və zəifləmiş insanlara ( yəni bir və ya bir neçə dərmana allergiyası olan) kömək etməsinin böyük əhəmiyyəti vardır. Xəstələrin bir çoxuna müxtəlif səbəblərə görə fizioterapiya mümkün müalicə vasitələrindən biridir. Çoxu üçün isə yeganə real kömək edən vasitədir.

  •    Yeni fizioterapevtik metodların yaranması həkimlərin potensialını xeyli zənginləşdirdi və yeni perspektivlər açdı. Əgər müalicə düzgün və vaxtında təyin olunmuşdursa xəstəliyin ağırlaşması və xroniki mərhələyə keçmə ehtimalı azalır. Eyni zamanda sağalma prosesi sürətlənir. Məsələn əməliyyat önü təyin olunmuş UVÇ (qısadalğalı diatermiya), lazer, maqnitoterapiya, əməliyyat sonrası yaranın sağalmasını sürətləndirir və irinli ağırlaşmaların qarşısını alır.
  •   Son illər fizioterapiya üçün əks göstəriş olan vəziyyətlər göstəriş halına keçib.İndi hətta yaxın keçmişdə tam əks göstəriş olan onkoloji xəstəliklər və qan xəstəlikləri zamanı fizioterapiyadan istifadə olunur. Bu bir tərəfdən az intensivlikli metodikaların hazırlanması ilə ( məs: informasion dalğa terapiyası), bir tərəfdən isə klinik təcrübələrin nəticələri ilə əlaqədardır.
  •  Fizioterapiyanın müalicədən əlavə olaraq tədbiq olunduğu ikinci istiqamət reabilitasiyadır. Yəni xəstəliyin kəskin dövrü bitdikdən sonra ayrı-ayrı üzvlərin itirilmiş funksiyalarının bərpasıdır. Bu əsasən nevroloji, cərrahi və travmatoloji profilli xəstələrə aiddir. Bu zaman itirilmiş əmək qabiliyyəti və həyat keyfiyyəti fiziki üsullarla bərpa olunur. Məs: keçirilmiş insult, travma, geniş miqyaslı cərrahi müdaxilələrin nəticələri. Bu cür xəstələr üçün fizioterapiya ,müalicəvi bədən tərbiyəsi normal həyata dönmək üçün yeganə şansdır.
  •   Fiziki təsirin üçüncü istiqaməti fizioprofilaktikadır. Bu orqanizmin energetik rezervlərinin aktivləşdirilməsi və məşqinə yönəldilməsi istiqamətidir. Fizioprofilaktikanın köməyi ilə bir çox xəstəliklərin yaranmasını və mövcud xroniki xəstəliklərin kəskinləşməsinin qarşısının alınması mümkündür. Ümumiləşdirsək, fizioprofilaktikanın məqsədi orqanizmin müqavimətini, iş qabiliyyətini və tonusunu artırmaqdır.

Fizioterapiya mütləq tam kurs keçirilməlidir!!!

Fizioterapiya 3

  •   Müəyyən olunmuşdur ki, fizioterapevtik cihazlar öz təsirlərindən sonra “iz” buraxırlar. Yəni üzvün toxumalarında, onun funksiyalarında, eyni zamanda sinir sistemində dəyişikliklər yaradırlar. Bu “iz” fizioterapevtik müalicə tədbiq olunduqdan sonra bir neçə saat, hətta gün öz təsirini saxlayır.
  •   Əgər bu vaxt eyni nahiyyəyə müvafiq təsir təkrarlanarsa, effekt güclənər. Ona görə də fizioterapiya kurslarla aparılır. Bu kurslardakı seansların sayı 20 qədər çata bilər. Seanslar hər gün və günaşırı ola bilər. Bu cür yanaşma zamanı hər prosedura qabaqcadan alınmış proseduranın effektini artırır. Nəticədə yaranan “iz” dərinləşir.
  •   Tədricən ümumi orqanizm və onun funksional vəziyyəti müsbətə doğru dəyişir. Xəstəliyin tam keçməsi üçün kurs müalicə təkrarlanmalıdır. Kurs müalicələr “sistemləşmiş struktur” şəklində, yəni orqanizmin bütün sistem və ayrı-ayrı orqanlarının vəziyyətinin uzun müddətli və davamlı yaxşılaşması üçün formalaşmalıdır. Fizioterapiyada mövcud olan sonradan təsir bununla izah olunur:Müalicə kursu bitir, yalnız müalicənin təsiri davam edir.

Fizioterapiyanın 10 mübahisəsiz üstünlüyü!!!444

Fizioterapiya metodları həqiqətən də effektiv təsir göstərir. Buna baxmayaraq müasir fizioterapiyanın yaradıcıları olan aparıcı fizioterapevtlərin heç biri və heç zaman fizioterapevtik müalicəni dərman müalicəsi və başqa təsirlərə qarşı qoymayıb. Məs: Hər bir xəstəliyin kəskin dövrü bir mənalı olaraq dərman müalicəsi və göstərişdirsə cərrahi müdaxiləni tələb edir. Lakin başqa sahələr arasında fizioterapiyada ikinci dərəcəli olmaqdan çıxıb.Dərman müalicəsi tədricən öz effektivliyini itirir, fizioterapiya isə əksinə. Xroniki xəstəliklərin miqdarı durmadan artdığına görə aparat fizioterapiyasından geniş şəkildə istifadə olunmalıdır.Günümüzdə bu cür müalicəvi təsirlər hazırlanır və tədbiq olunur.Onlar uğurla ənənəvi terapiyanı və cərrahiyyəni tamamlayır və xəstəliklərin profilaktikasına xidmət edir.

Tezliklə öz sağlamlığının məsuliyyətini dərk edən hər kəs həqiqətən unikal olan bu terapiya növünün üstünlüklərini qiymətləndirəcək.

 

Yerli və ümumi təsirin vəhdəti:

Xəstə orqanda hiss olunacaq müsbət nəticə ilə yanaşı istənilən fiziomüalicə ümumi orqanizmdə müsbət dəyişikliklərə səbəb olur.

Fizioloji olması:

Fiziki faktorlardan istifadə orqanizm üçün təbiidir. Fizioterapevtik cihazlar canlıların uyğunlaşdığı təbiilərdən fərqlənməyən enerji, şüalarla müalicə edir.

Yaxşı keçirilməsi,toksiki olmaması, əlavə təsirlərinin az olması:

Düzgün seçildiyində bir çox dərmanlarda təsadüf edilən, yan təsirlərlə müqayisədə ağırlaşma, gözlənilməz reaksiyalar müqayisə olunmazdır. Əksinə onlar xoşa gələndir və adətən prosedurlardan sonra xəstələr sakitləşmə, rahatlıq, enerji axını hiss edirlər.

Yüksək effektivliyi:

Əksər xəstəliklərdə mərkəzi sinir sisteminə müsbət təsiri, qan dövranını yaxşılaşdırması. Sistem təsiri nəticəsində fiziomüalicə ovucla içilən dərman müalicəsinə bərabərdir və bəzən ondan üstündür.

Hormonik effekt:

Eyni faktor həm patoloji “artmış” funksiyanı sakitləşdirir, həm də “ zəif “ funksiyanı stimulə edir.

Uyğunlaşmanın olmaması:

Fiziki təsirə uyğunlaşma bəzən müşahidə olunur.Bunun baş verməməsi üçün cihazın iş rejimi, təsir nahiyyəsi, intensivliyi və s. dəyişdirilir.Dərman müalicəsində təsadüf olunan asılılıq yaranmır.

Profilaktik məqsədlə istifadə olunması:

Bu üstünlüyü fizioterapiyanı tamam başqa səviyyəyə qaldırır.

Uzun müddətli sonradan təsir:

Bu da özünə görə unikal xüsusiyyətdir. İstənilən dərman preparatı adətən orqanizmdən yuyulduqdan sonra təsir göstərmir.Fizioterapiya kursundan sonra müalicəvi effekt nəinki uzun müddət ( 1 — 6 ay) qalır, hətta artır.

Dəqiq dozalaşmanın mümkünlüyü:

Fizioprosedurların dəqiq dozalaşdırılması, onun təsirini əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Yalnız hər bir aparat üçün klinik sınaqla orta iş parametrləri müəyyən olunur.Bu parametrlərlə müalicə aparılır və optimal nəticə alınır.

Nisbi ucuzluğu:

Fizioterapiya müasir dərmanlara nisbətən ucuzdur və effektivdir.Göründüyü kimi fizioterapiyanın üstünlükləri mübahisəsizdir . Deməli bu müalicə metodunun geniş imkanları haqqında danışmaq olar.