Dr. Mehriban İsgəndər
Həkim-kardioloq

2004-2010 — cu  illərdə ATU-nin  Müalicə-Profilaktika  fakültəsində təhsil  almış ,universiteti  fərqlənmə    diplomu ilə  həkim-kardioloq  ixtisası  üzrə   bitirmişdir.

2010-2011 — ci illərdə Elmi-Tədqiqat  Kardiologiya  İnstitutunda həkim-kardioloq   kimi  internatura  keçmişdir.

2013 — cü ildən 1 saylı  Dəmir Yol Poliklinikasında həkim-kardioloq kimi çalışır.

2013 — cü ildən Azərbaycan  Kardiologiya  Cəmiyyətinin  və  Avropa  Kardiologiya  Cəmiyyətinin  üzvüdür.

2014-2015 — ci illərdə  Leyla  Şıxlinskaya adına Klinikada exokardioqrafiya  kursu keçmiş,  Azərbaycan   Kardiologiya  Cəmiyyətinin  Mərkəzi Klinik nəzdində  təşkil olunan  Exokardioqrafiya  Məktəbi  kursunu müvəffəqiyyətlə  bitirmişdir.

2014 — cü ildə  Azərbaycan  Ürək və Sağlamlıq  Assosasiyasının  təşkil etdiyi  “Anadangəlmə  Ürək Qüsurlarının   Morfologiyası  və  Exokardioqrafik   Görüntülənməsi”  adlı  beynəlxalq  səviyyəli  kursda  iştirak etmişdir.

2015 — ci ildə  Ankara  Qazi  Universitetinin   Kardiyoloji  Anabilim  Dalında  kardioloji  kurs  keçmişdir.

2016 — cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Exokardioqrafik müayinənin aparılması və interpretasiyası” kursunda iştirak etmişdir.
Bir  çox  Beynəlxalq  konfrans  və  seminarlarda  iştirak etmişdir.