Həkim-kardioloq, tibb elmləri namizədi
1960-1966 — cı illərdə ATU-nin Pediatriya fakültəsində təhsil almışdır.
1966-1968 — ci illərdə Beyləqan rayon Mərkəzi xəstəxanada terapevt kimi fəaliyyət göstərmişdir.
1968 — ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kardiologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
1969-1970 —ci illərdə Kiyev şəhərində akad.M.D.Strajeska adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya ixtisası üzrə ordinator işləmişdir.
1977 — ci ildə Kiyev şəhərində kardiologiya ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır (“Ürəyin işemik xəstəliklərində qan laxtalanması” mövzusunda dissertasiya müdafiə etmişdir).
1973-2016 —cı illərdə Mərkəzi Dəmir Yol Xəstəxanasında ürək-damar şöbəsində şöbə müdiri işləmişdir.
Moskva şəhərində dəfələrlə ixtisaslaşma kurslarında olub.
Respublika daxili yerli və beynəlxalq kardioloji konfranslarda, simpoziumlarda iştirak edib.
2016—cı ildən Starlab Tibb Mərkəzində çalışır.