Qastroenterologiya — tibbin həzm sisteminin quruluşunu və funksiyalarını, həmçinin xəstəliklərini və onların müalicə və profilaktikasını öyrənən bölməsidir..
İnvaziv müdaxilə olmadan insanın daxili orqan və toxumalarını görmək imkanı verən və özündə bir sıra müayinə və müalicə üsullarını birləşdirən tibbin bir bölümüdür.
Allergiya — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır.
Otorinolarinqologiya — qulaq, burun, boğaz (udlaq, qırtlaq, traxeya) xəstəliklərini öyrənir və onların müalicə-profilaktikası ilə məşğul olur.
Kosmetologiya -insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir.
Dermatologiya — Qaşınma. Qaşınmanın ən geniş yayılmış səbəbi dərinin quru olmasıdır.
Kardiologiya — ürək damar sisteminin anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini öyrənən sahədir.
Fizioterapiya təbii və süni yaradılmış fiziki faktorların müalicə-profilaktika və tibbi-reabilitasiya məqsədilə tədbiqinə dair bir elmdir.
Pediatriya tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir.
Pediatrik Nevrologiya
Pediatrik Nevrologiya -uşaqlarda mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.
Oftalmologiya — göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir.
Nevrologiya, mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Terapiya (therapeia) – yunan sözü olub, qulluq etmə, müalicə etmə anlamını verir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir.
Urologiya- kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiopatogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir bölməsidir.
Andrologiya
Andrologiya — sahəsi kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənir.
Endokrinologiya yunan sözü olub (endo — daxili, krino — sekresiya, loqos – təlim) daxili sekresiya vəzləri haqqında olan elmdir.
Ginekologiya — qadın orqanizminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki-psixi xüsusiyyətlərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən elmdir.