İmtahan vaxtı testlərinizi yazırsınız və birdən mədəniz öz səs imkanlarını göstərməyə qərar verir. Mədənizin bu cür ucadan quruldamağından canınızı qutarmaq istəyrisinizsə, onda diqqətlə oxuyun.

 

 

  1.Bilin ki, bu normaldı

Mədəniz ona görə quruldayır ki,həzm sisteminiz  o etməli olduğu işi görür: Mədə yeməyi, mayeni və mədə turşusunu qarışdıraraq onu bağırsağa ötürür. Qurultu səsi da məhz mədə-bağırsaq divarlarının yığılaraq mədədəkilərə bağırsaq yoluna ötürmək istəyərkən yaranır. Hətta düzgün qidalanma zamanı belə, qurultu həmişə ola bilər və buna görə də utanmağa dəyməz.

 

Mədənizin dərs vaxtı qəflətən ucadan quruldamağının qarşısı necə alınmalı?

2. Dərsdən qabaq böyük həcmdə yemək yeməməyə çalışın:

Həddən çox yemək yemək sizin həzm sisteminizi daha çox güc sərf etməyə məcbur edir. Bu vaxt qurultunun eşidilmə halı daha çox ola bilər, çünki həzm olunmuş kütləni bağırsağa basmaq üçün divarların basqısı daha da çoxalır.

3. Çalışın mədəniz boş qalmasın

Mədəniz 2 saatdan çox boş qalsa, qurultunun səsi daha da ucadan olacaq. Bu ona görədir ki, mədədə səsi udacaq, yaxud boğacaq az kütlə olur, ya da heç olmur. Saatlarla heçnə yemədən gəzəndə, mədəniz beyinə siqnal ötürən hormonlar ifraz edir, hansı ki, beyni xəbərdar edir ki, artıq yemək vaxtıdır və mədədə nə varsa təmizləmək lazımdır.

Daim üstünüzdə çərəz olsun;

Müntəzəm olaraq maye qəbul edin (çay, su, meyvə suyu və s.)

Mədənizin dərs vaxtı qəflətən ucadan quruldamağının qarşısı necə alınmalı?

4. Çətin həzm olunan yeməklərdən qaçın.

Müəyyən karbohidratlar çətin həzm olunurlar. Onlardan tamamilə imtina etmək olmaz, çünki bədənimizi enerji ilə təmin edirlər və həzm sistemimizdə də vacib rol oynayırlar. Onları sadəcə müəyyən ölçüdə və mədənizi quruldatmayacaq dərəcədə qəbul edin:

Çətin həzm olan nişasta: kartof, kal meyvə.

Həzm olunmayan liflər: təmiz buğda unu, buğda kəpəyi, kələm, kahı.

Şəkər: alma, armud, gül kələmi.

Mədənizin dərs vaxtı qəflətən ucadan quruldamağının qarşısı necə alınmalı?

5. Aclıq siqnallarınızı öyrənin:

Xatırladaq ki, mədəmiz zamanı, eləcə də, uzun müddət yemədikdə böyüyür. Hədsiz çox yemək və mədə böyüməsinin qarşısını almaq üçün, nə vaxt həqiqətən ac olduğunuzu öyrənin. Normal yemək rejiminizi izləmək və boşuna yemək yeməmək üçün ən yaxşı üsul yemək sxemi yaratmaqdır.

 

Mədənizin dərs vaxtı qəflətən ucadan quruldamağının qarşısı necə alınmalı?

6. Yavaş yeyin və düzgün çeynəyin:

Havanı udan insanlar daha çox ürək bulanma ilə qarşılaşır. Yeməyi sürətli yesəniz, yaxud danışsanız, bu o deməkdir ki, daha çox havanı udursunuz. Qarşısını almaq üçün yeməyi yavaş yeyin.

Xoşagəlməz hisləri və qusma refleksini aradan qaldırmaq üçün Qastroskopiya və Kolonoskopiya müayinəsi həkim-qastroenteroloq, hepatoloq, endoskopist Dr. Xalid Abasov tərəfindən aparılır. Prosedur  yatırılaraq — medikamentoz yuxu şəraitində aparılır.

Starlab Tibb Mərkəzində endoskopik avadanlıqlarımız dünyada bir nömrəli istehsalçı OLYMPUS firmasının son model EVİS EXERA III 190-dır. Cihazlarımız əl dəymədən avtomatlaşdırılmış təmizləyici aparatda yuyulur, xüsusi quruducu-filtrli dolabda qurudulub saxlanılır. Müayinə tam gigiyenik şəraitdə aparılır.

Aşağıdakı xidmətləri təqdim edirik:

— Qastroskopiya və Kolonoskopiya müayinəsi
— Poliplərin əməliyyatsız çıxarılması
— Qanaxmaların endoskopik dayandırılması (varislərə Band və skleroterapiya, koaqulyasiya)
— Mədədə Helikobakter Pylori-nin təyini (CLO TEST).

 

Əlaqə:
Tel: (012) 431 13 14
Mob: (051) 431 13 14

Ünvan: Bakı şəhər, 5-ci mkr., 20 Yanvar küç.14 (Qızıltac restoranı ilə üzbəüz)

 

 

 

Write a comment:

*

Your email address will not be published.

2015 © Copyright - StarLab by MinA

Evdə tibbi xidmət üçün        +994(12)431 13 14