Terapiya  (therapeia) – yunan sözü olub, qulluq etmə, müalicə etmə anlamını verir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan həkimdir.

Qədim zamanlarda təbabətin yalnız iki sahəsi var idi:

-Terapiya

-Cərrahiyyə

Terapiya daxili xəstəlikləri öyrənir və bu xəstəliklərin qeyri-cərrahi yolla, yəni dərmanlarla müalicəsini təmin edir.

Terapiya müxtəlif sahələrə bölünür:

  1. Ürək-damar xəstəlikləri – Kardiologiyaunnamed
  2. Mədə-bağırsaq sistemi xəstəlikləri — Qastroenterologiya
  3. Tənəffüs sistemi xəstəlikləri – Pulmonologiya
  4. Revmatik xəstəliklər – Revmatologiya
  5. Endokrinoloji xəstəliklər – Endokrinologiya

Bu siyahını indi əhəmiyyətli dərəcədə genişləndirmək olar.

Əgər səhhətinizdə hər hansı problem əmələ gəlibsə, ilk müraciət edəcəyiniz həkim terapevt olmalıdır. Terapevtin qəbulu bir çox məsələləri aydınlaşdırmağa kömək edəcək. Həkim əvvəlcə xəstənin şikayətlərini dinləyir, xəstəlik tarixini (anamnesis morbi), xəstənin həyat tarixini (anamnesis vitae) öyrənir və obyektiv müayinələr aparır. Hansı orqan və sistemdə dəyişiklik ola biləcəyini aşkarlayır və ilkin diaqnoz qoyur. Sonra bu diaqnoz laborator və instrumental müayinələrin köməyi ilə dəqiqləşdirilir. Əgər lazım gələrsə xəstəni dar ixtisaslı həkimlərə (nevroloq, oftalmoloq, dermatoloq, endokrinoloq və s.) yönəldir. Bu xəstənin həm vaxt, həm də maliyyə itkisindən qorumağa və düzgün istiqamətdə müalicə almasına yardım edir.

Pasient xəstə olmasa belə terapevtin qəbuluna gələrsə  profilaktik olaraq müayinədən keçə bilər.

Profilaktik müayinə nədir?  Konkret xəstəliyi və xüsusi şikayəti olmayan şəxslərin müayinəsi  mövcud olan, yaxud da gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanması deməkdir.

 Müayinəyə hazırlıq qaydalar:

  • müayinəyə səhər və acqarına gəlməli
  • hamiləlik varsa qeyd olunmalı
  • son 3 gün ərzində dərman və çoxlu qida qəbul olunmamalı

Qadınlar üçün müayinə menstruasiya dövründə aparılmır. 40 yaşa qədər şəxslərdə 5 ildən bir, 40 yaşdan yuxarı şəxslərdə isə əvvəlki müayinənin nəticələrindən asılı olaraq 1-3 ildən bir aparılır.Pasient  ildə 2 dəfə profilaktik müayinələrdən keçməlidir.

Profilaktik müayinələrə daxildir: 

  • Terapevtin müayinəsi;
  • Qanın ümumi analizi;
  • Sidiyin ümumi analizi;
  • Qaraciyərin biokimyəvi analizləri;
  • İnfeksiyalar (HCV, HbsAG, HİV,Siphilis)
  • Böyrəyin biokimyəvi analizləri;
  • Qanda şəkər;
  • Qarın boşluğu orqanları və böyrəklərin ultrasəs müayinəsi;
  • EKQ (Elektrokardioqrafiya);
  • Döş qəfəsinın Rentgen müayinəsi.

Bir çox hallarda səhhətinizlə bağlı hər hansı narahatçılıq hiss etdikdə ilk növbədə terapevtə müraciət etmək lazımdır. Lazım olan müayinə və analizlərdən sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə (nevroloq, oftalmoloq, dermatoloq, endokrinoloq və s.) göndərə bilər.