21.10.2016-cı il tarixində Starlab Tibb Mərkəzi və Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin dəstəyi ilə V Azərbaycan Milli konqresi keçirilmişdir Konqresdə Vyana Tibb Universitetinin professoru Viktoriya Qarib, Ümumdünya İmmunopatologiya Təşkilatının prezidenti akademik Revaz Sepiaşvili, Türkiyə Ulusal Allerji ve Klinik İmmünoloji Derneğinin rəhbəri professor Zeynep Misirligil, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin rəhbəri professor Amaliya Əyyubova və Azərbaycan Tibb Universitetinin Klinik Allerqologiya kursunun müdiri professor Lalə Allahverdiyeva kimi tanınmış elm xadimləri maraqlı məruzələrlə çıxış etdilər. Onlar öz çıxışlarında qeyd etdilər ki, İmmonoCAP Phadia və İmmunoCAP ISAC kimi müasir, dünyamiqyaslı allerqodiaqnostik vasitələrin Starlab Tibb Mərkəzinə gətirilməsi ölkəmizdə allerqologiya sahəsində atılan çox önəmli bir hadisədir.
İctimai Tv izlə.
Bizimlə əlaqə:
Tel.: (+994 12) 431 13 14
Mob.: (+994 51) 431 13 14
Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14 Bakı, Azərbaycan
www.facebook.com/StarlabTibbMerkezi
instagram:starlabtibbmerkezi #Starlabtibbmerkezi