Tibbin müasir sahələrindən biri sayılan allerqologiya daima inkişafdadır.
Bu sahədə son illərin ən böyük nailiyyətlərindən biri də allergik xəstəliklərin diaqnostikasını molekulyar səviyyədə aparılmasıdır. Məhz bunu nəzərə alaraq bu günki tədbirimizin əsas məqsədi Respublikamızda bu sahədə çalışan həkim-mütəxəssislərin ( allerqoloqlar, pediatrlar, terapevtlər, pulmonoloqlar, dermatoveneroloqlar və otorinolarinqoloqlar) molekulyar allerqologiya haqqında bilik və məlumatlarını artırmaq və onları müasir allerqodiaqnostikanın ən son nailiyyətləri ilə tanış etməkdir.
Yüksək səviyyədə hazırlanmış meruzələrdən məlum olacaq ki, molekulyar allerqodiaqnostikanın əsasını təşkil edən İmmunoCAP testi vasitəsilə xəstəliyə diaqnoz qoymaq, inkişafını proqnozlaşdırmaq və gedişatını izləmək mümkündür. Qeyd etmək lazımdır ki, digər in vitro testlər ilə müqayisədə İmmunoCAP cihazının həssaslığı və spesifikliyi dəfələrlə yüksəkdir ( həssaslıq dərəcəsi diapazonu 0.1kU/l-dən başlayır).
Teleseminar Starlab Tibb Mərkəzi, Tetrada əczaçılıq şirkəti,Avstriyanın HVD şirkəti və Ukrayna Molekulyar Allerqologiya Məktəbi, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyəti, Azərbaycan Tibb Universitetinin Klinik Allerqologiya və İmmunologiya kafedrasının dəstəyi ilə keçirilib
Video çəkliş.
Bizimlə əlaqə:
Tel.: (+994 12) 431 13 14
Mob.: (+994 51) 431 13 14
Ünvan: 5-ci mkr., 20 Yanvar küç.14 Bakı, Azərbaycan
www.facebook.com/StarlabTibbMerkezi
instagram:starlabtibbmerkezi